Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı


07.03.2025  18:28 

Onlar gec-tez xalqlarına yalnız bədbəxtlik gətirirlər





A+  A-

Bir siyasi lider, xüsusən də dövlət başçısı üçün səbirli və təmkinli olmaq, emosiyaları üzərində hakimlik nə qədər üstün keyfiyyət sayılırsa, eyni dərəcədə də düşüncələrində, siyasi mövqeyində ardıcıllıq, dayanıqlılıq və sabitlik çox önəmlidir.

Tarix göstərir ki, xaraktercə dayanıqsız, sabit olmayan, hisslərinə hakimlik edə bilməyən, özünəvurğun, düşüncələri dolaşıq, bu gün dediyini sabah təkzib edən, bir növ, "tüpürdüyünü yalayan" siyasətçilər, liderlər daha tez təsir altına düşür, enində-sonunda güclülərin oyuncağına, əlaltısına çevrilirlər.

Oyuncağa çevrilən, öz başıyla düşünmək və müstəqil qərar qəbul etmək qabiliyyəti olmayan, şöhrətə aludə siyasətçilər, dövlət başçıları isə, gec-tez, xalqlarına yalnız bədbəxtlik, faciələr gətirirlər.

Bariz nümunəsi - Ukrayna prezidenti Volodimir Zelenski!

Zelenski 2019-cu ildə hakimiyyətə gələndə Ukrayna xalqına əsas vədi separatçı bölgələrlə bağlı problemi sülh yoluyla həll etmək idi. Ona səs verənlər həm də Şərqi Ukraynanın rusdilli əhalisi idi. Ancaq prezidentlik kürsüsünə əyləşdikdən az sonra sürətlə NATO-yla yaxınlaşma, separatçı bölgələr üzərindən ABŞ və Avropanın Rusiyaya, Putinə qarşı siyasətində ön cəbhəyə - əsas proksi qüvvəyə çevrilmək kursu seçdi (Bu gerçəyi artıq ABŞ rəsmiləri bir-bir dilə gətirir).

Bütün Qərb mediası 2022-ci ildə süni şəkildə onun "Putinə qarşı savaşan qəhrəman" obrazını yaradanda, Qərb paytaxtlarında onu ayaqüstə, alqışlarla qarşılayanda, Zelenski özünü bu şişirtmənin və çəpiklərin mahiyyətini anlayan məsuliyyətli siyasət adamı, dövlət başçısıtək yox, məhz səhnədə rol oynayan və tamaşaçı kütləsinin alqışını qazanmağa çalışan aktyor kimi apardı...

Bu da nəticəsi! 3 illik Rusiya-Ukrayna savaşının real mənzərəsini və Ukraynanın gerçək durumunu bu foto qədər heç nə dəqiq əks etdirmir!

Öz xalqının faciəsi və bədbəxtliyi uğrunda qəhrəman rolunda görünməyi və oyuncaq olmağı seçmiş bir liderin ölkəsinə gətirdiyi aqibət budur: əhalisinin tən yarısı doğma yurd-yuvasından didərgin düşmüş, torpaqları işğal edilmiş, ən cəsur oğlanlarını qardaş müharibəsində itirərək qızlarını döyüşə göndərməyə məcbur qalmış döyüşkən, məğrur bir xalq və bir də qızlarının cənazəsi üzərində ağlayan çarəsiz atalar...

Əmin olun ki, Zelenskinin Trampla təkrar görüşü, ABŞ-la imzalayacağı saziş, Avropanın dəstəyi və yeni seçkilər belə, onu xilas etməyəcək!

Qisas yanğısıyla qovrulan bu atalar Ukraynanı öz slavyan qardaşıyla əbədi düşmənə çevirib, sonra da sərvətini Qərbə peşkəş edən Zelenskini qətiyyən bağışlamaz, sağ buraxmazlar!

Elxan Şükürlü

Xəbər 1179 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +