İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


22.08.2022  12:40 

“Lənkaran-Astara iqtisadi rayonu” adlı dərslik çap olundu - Foto





A+  A-

Pedaqogika üzrə fəlsəfə doktoru Zoya Abdullayeva və coğrafiya üzrə fəlsəfə doktoru Famil Niftiyevin birgə müəllifliyi ilə Lənkaran-Astara iqtisadi rayonu (fiziki və iqtisadi coğrafi xüsusiyyətləri, sosial infrastruktur sahələrinin inkişafı və ərazi təşkili) adlı dərs vəsaiti çap olunub.

XəzərNews.az xəbər verir ki, dərs vəsaiti Azərbaycanın digər iqtisadi rayonlarından təbii şəraitinə görə kəskin fərqlənən Lənkaran-Astara iqtisadi rayonunun fiziki və iqtisadi coğrafi xüsusiyyətlərini, təsərrüfatın ərazi təşkilini, geniş şəkildə sosial infrastruktur sahələrin inkişafı və ərazi təşkili məsələlərini özündə əks etdirir.

Dərs vəsaitində Lənkəran-Astara iqtisadi rayonun fiziki və iqtisadi göstəricilərini əks etdirən cədvəllər, xəritələr, şəkillər davamlı inkişafın təmin edilməsi məqsədi ilə aparılan quruculuq işləri haqqında məlumatlar verilmişdir. Burada əhalinin rifahının yüksəldilməsinə xidmət edən sosial infrastruktur sahələrin inkişafı və bu istiqamətdə aparılan böyük quruculuq işləri statistik göstəricilərlə, xəritələrlə əlaqəli şəkildə təhlil olunub.

İlk dəfə olaraq Lənkəran-Astara iqtisadi rayonunda Dövlət Proqramları əsasında aparılan quruculuq işləri geniş şəkildə təhlil olunmuşdur. Burada regionun təbii şəraitinə, təbii ehtiyyatlarına uyğun olaraq davamlı inkişafın təmin edilməsi məqsədi ilə aparılan tədbirlərin əsas istiqamətləri öz əksini tapıb.

Dərs vəsaitindən coğrafiya və iqtisadiyyat fakültəsinin tələbələri, magistrləri, müəllimlər, regionla əlaqəli tədqiqat aparan tədqiqatçılar yararlana bilər.

Dərs vəsaiti Sumqayıt Dövlət Universitetinin 60 illik yubleyinə həsr olunub.







Xəbər 2393 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +