Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


11.02.2025  18:17 

Oleq Bakinski FTX zabitinin başına butulka vurub





A+  A-

Sabah, fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.

İş üzrə zərərçəkən statusunda ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Valeriy Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitidir.

Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.

Ötən prosesdə Oleq Krapivinin müdafiəçisi Xeyransa Babayeva vəsatətlə çıxış edərək müvəkkilinin səhhətində ciddi problemlərin olduğunu, bu səbəbdən də onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən xahiş edib. Oleq Krapivin də vəsatətin təmin olunmasını istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Daha sonra prosesdə digər təqsirləndirilən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb.

Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeriy Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeriy Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb. Onlara sifariş etdikləri aviahissələri tədarük edib.

İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb.

Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib.

Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb.

Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib.

Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar. O da hava limanına Valeriy Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib.

Hadisə baş verən gün isə Valeriy Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeriy Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib.

Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib.

Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeriy Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib. Valeriy Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib.

Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeriy Zaxarenkov sərbəst ifadə verib. Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər.

İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib.

Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeriy Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub.

Deyib ki, görüşə Valeriy Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeriy Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb. Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğul olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb. Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub.

Oleq Bakinski Valeriy Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeriy Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb. Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeriy Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər.

O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib.

Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər. Məhkəmənin sonunda zərərçəkən və şahid tərəflərin suallarını cavablandırıblar. Prosesdə zərərçəkən tərəfin iştirak edib-etməyəcəyi bilinmir.


Xəbər 211 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +