Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.04.2025  18:15 

Yumşaq diplomatiya ilə Azərbaycan-Vyetnam əməkdaşlığı… - SƏFƏR





A+  A-

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Görüşlərdə əsas diqqət ekologiya, təhsil, mədəniyyət və yaradıcı sənayelər sahələrinə yönəldildi. Leyla Əliyevanın Vyetnam rəsmiləri ilə keçirdiyi görüşlər Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında mühüm rol oynamaqla yanaşı, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olundu. Bir sözlə bu səfər Azərbaycan və Vyetnam arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Tarixi köklərə söykənən dostluq münasibətləri

Leyla Əliyeva Vyetnam Respublikasının vitse-prezidenti Vo Thi Anh Xuan ilə görüşü isə səfərin qarşı tərəf üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisdir. Görüşdə Azərbaycan ilə Vyetnam arasında mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini qeyd etdilər.



Vitse-prezident Vo Thi Anh Xuan Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndiyini vurğuladı, Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi.

Leyla Əliyeva da öz növbəsində Azərbaycanın Vyetnamla əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. O, mədəniyyət, təhsil və humanitar sahələrdə birgə layihələrin gələcəkdə də iki ölkə xalqları arasında əlaqələri daha da gücləndirəcəyini qeyd etdi.

Əlbəttə bu görüş Azərbaycanla Vyetnam arasında siyasi, mədəni və humanitar əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bundan əlavə, Vyetnamın regionda artan təsirini nəzərə alsaq, Leyla Əliyevanın vitse-prezident ilə birbaşa təmas qurması Azərbaycan üçün diplomatik əlaqələrin yeni mərhələyə keçməsi deməkdir. Bu həm də iki ölkənin qadın liderləri arasında əməkdaşlıq modelinin formalaşması və gender diplomatiyasının inkişafı baxımından da önəmli hadisədir.



Birgə layihələr qarşılıqlı anlayışı və dostluğu gücləndirir

Daha sonra, Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı Tran Thi Nguyet Thu ilə görüşdü. Görüşdə əsas diqqət mədəniyyət, səhiyyə və gənclər siyasəti sahələrində əməkdaşlıq imkanlarına yönəldi. Hər iki tərəf bu sahələrdə birgə təşəbbüslərin xalqlar arasında daha sıx əlaqələrin qurulmasına töhfə verə biləcəyini vurğuladı.

Tran Thi Nguyet Thu Azərbaycanın sosial-humanitar layihələr sahəsində əldə etdiyi təcrübənin maraq doğurduğunu diqqətə çatdırdı və bu təcrübənin Vyetnam üçün də faydalı ola biləcəyini qeyd etdi.



Leyla Əliyeva Heydər Əliyev Fondunun beynəlxalq humanitar əməkdaşlığa verdiyi töhfədən danışdı, xüsusən də mədəniyyət və təhsil sahəsində beynəlxalq layihələrin ölkələr arasında qarşılıqlı anlayışı və dostluğu gücləndirdiyini diqqətə çatdırdı.

Əlbəttə bu görüşün əhəmiyyəti təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. Eyni zamanda, Azərbaycan üçün Cənub-Şərqi Asiyada mədəni və sosial diplomatiya kanallarının açılmasına zəmin yaradır. Azərbaycanın beynəlxalq arenada humanitar layihələr vasitəsilə nüfuzunu möhkəmləndirmək baxımından bu cür yüksək səviyyəli görüşlər strateji xarakter daşıyır.



Dünya ilə əlaqələrdə gənclərin xüsusi rolu var

Leyla Əliyevanın Hanoy şəhərində yerləşən Vyetnam Xarici Dillər Universitetində tələbələrlə görüşü səfəri maraqlı edən məqamlardan biridir. Görüşdə Leyla Əliyeva tələbələrə Azərbaycanın mədəni irsi, təhsilə verdiyi önəm və ölkənin gənclər siyasəti haqqında geniş məlumat verdi, ölkəmizin dünya ilə əlaqələrinin möhkəmləndirilməsində gənclərin xüsusi rolu olduğunu vurğuladı və tələbələri gələcəkdə beynəlxalq əməkdaşlıq layihələrində fəal iştirak etməyə təşviq etdi. Tələbələrin Azərbaycanın tarixi, müasir inkişafı və Heydər Əliyev Fondunun fəaliyyəti barədə ünvanladığı suallar xanım Əliyeva tərəfində əhatəli cavablandırldı.



Leyla Əliyeva vurğuladı ki, gənc nəslin təhsil və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığa açıq olması xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və uzunmüddətli dostluq əlaqələrinin qurulmasına xidmət edir.

Bu görüşün əhəmiyyəti təkcə rəsmi təbliğatla məhdudlaşmadı. Əslində, bu tip birbaşa təmaslar Azərbaycanı gənc Vyetnam auditoriyası qarşısında daha yaxın və səmimi tərəfdaş kimi təqdim edir. Tələbələr səviyyəsində qurulan bu kimi əlaqələr uzunmüddətli perspektivdə iki ölkə arasında mədəni diplomatiyanın möhkəmlənməsinə, qarşılıqlı marağın və anlayışın artmasına səbəb olur.



Digər tərəfdən, bu cür tədbirlər Azərbaycanın beynəlxalq imicinin formalaşdırılmasında yumşaq diplomatiya vasitələrinin uğurla tətbiq edildiyini göstərir.

Azərbaycanda təhsil almış vyetnamlı məzunlar…

Leyla Əliyevanın Hanoy Ticarət və Turizm Kollecində yaradıcı sənaye nümayəndələri ilə görüşü də səfəri maraqlı edən məqamlardandır. Müasir dövrdə yaradıcı sənayelərin iqtisadi inkişafın mühüm dayaqlarından birinə çevrildiyi və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin xüsusi əhəmiyyət daşıdığı Leyla Əliyeva tərəfindən diqqətə çatdırıldı. Xanım Əliyeva Azərbaycanın mədəniyyət və yaradıcılıq sahələrindəki təşəbbüsləri barədə məlumat verərək, bu istiqamətdə Vyetnamla əməkdaşlıq üçün böyük potensial olduğunu vurğuladı.



Görüşdə iştirak edən sənaye nümayəndələri və təhsil liderləri də öz fikirlərini bölüşüblər, gələcəkdə birgə layihələrin və təhsil proqramlarının həyata keçirilməsi təklif olunub. Sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar isə Azərbaycana olan xüsusi bağlılıqlarını ifadə ediblər və əlaqələrin daha da dərinləşməsinin vacibliyini qeyd ediblər.

Bu görüş sadəcə bir dialoq platforması deyil, həm də Azərbaycanla Vyetnam arasında qeyri-ənənəvi əməkdaşlıq sahələrinin genişləndirilməsi baxımından xüsusi strateji məna daşıyır. Yaradıcı sənaye nümayəndələri ilə qurulan bu təmaslar gələcəkdə mədəniyyət, turizm, təhsil və iqtisadiyyat sahələrində yeni layihələrin əsasını qoya bilər.

Eyni zamanda, Azərbaycanda təhsil almış vyetnamlı məzunların bu görüşə cəlb olunması göstərir ki, iki ölkə arasında tarixi dostluq əlaqələri bu gün də aktualdır və yeni formalarla davam etdirilir. Bu cür təşəbbüslər Azərbaycanın yumşaq diplomatiya xəttinin bir parçasıdır və regional əməkdaşlıqda yeni körpülərin salınmasına xidmət edir.



Qeyd edək ki, bu günə qədər Azərbaycanda 2000-dən artıq vyetnamlı tələbə təhsil alıb. Bu da Vyetnamla Azərbaycan arasındakı əlaqələrin güclü olmasından xəbər verir. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin xüsusi rolu olub.

Beləliklə, Leyla Əliyevanın Vyetnam səfəri, Azərbaycan və Vyetnam arasında yeni əməkdaşlıq imkanlarının yaradılması və mövcud əlaqələrin daha da gücləndirilməsi baxımından böyük rol oynayır. Bu səfər, hər iki ölkə üçün də yeni inkişaf perspektivləri açır. Yaradıcı sənaye, mədəniyyət və təhsil sahələrində yeni əməkdaşlıq layihələrinin başlanğıcı qoyulur, Azərbaycan-Vyetnam əlaqələrinin daha da dərinləşməsi üçün sağlam əsaslar yaradır.

Zəhra Rahibqızı
XəzərNews.az


Xəbər 365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +