Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.04.2025  20:16 

Əyri oturaq, düz danışaq, İsfəndiyar bəlkə düz demir?!





A+  A-

İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?

Şərurlu İsfəndiyar "alimləri qarşımda işlədirəm" deyəndə bircə alimin xüsusi məqalə yazaraq etiraz etdiyini görmədik. Jurnalistlərin müraciət edərək hansısa alimdən az qala zorla bir- iki kəlmə münasibət qopardığı hallarını demirəm. Ancaq İsfəndiyarın alimlərə o sözləri dediyi vaxtda Milli Məclisin bir neçə deputatı iş adamının üstünə yerimək üçün youtube kanallarının "qapısında növbəyə düzülürdülər". Halbuki İsfəndiyarın həmin sözlərinin deputatlara birbaşa heç bir aidiyyatı yox idi...

İndi eyni müstəvidə fərqli proseslər görürük. İsfəndiyar Axundov bu dəfə birbaşa deputatların özlərini hədəfə alaraq deyir ki, Bakıda bir vaxtlar San-Marino Universiteti bir keçiyə, bir qoyuna, bir toyuğa qiymət yazaraq diplom paylayanda deputatların belə saxtakarlıqlara qarşı mübarizə aparmaq imkanları var idi, lakin susdular...

Əyri oturaq, düz danışaq, İsfəndiyar bəlkə düz demir?! Çoxlu sayda dələduz "universitetlər, akademiyalar açıldı, bağlandı, bunların hansı birinə qarşı deputatların cəsarətli ifşa çıxışlarını gördük?

Ancaq iş işdən keçəndən və daha ali instansiyalarda hansısa universitetin taleyi həll olunandan sonra bəzi deputatlar xorla həmin universitetin "məzarlığa yola salınan tabutuna son mıxları həvəslə çaldılar"...

Heç kim inciməsin, elə İsfəndiyar bəy də bunu deyir ki, siz deputatlar zamanında susmasaydınız, San - Marinonun qapısını bağlatsaydınız, mən gedib oğlanlarıma bu gün hamının lağ elədiyi San -Marinonun "donqili" diplomunu almazdım...

İsfəndiyarın bu dəfə birbaşa deputatlara qarşı dediyi sözlərə deputatlar yox, bəzi alimlər etiraz səsini qaldırır. Paradoks deyilmi?

İş adamının "imkanım olsa, məscidlərin yerində məktəblər tikərəm, ibadəti evlərdə də etmək olar, ancaq məktəbsiz təhsil, təhsilsiz isə millətin gələcəyi yoxdur" sözləri ilə mübahisə etmək isə sadəcə mümkün deyil. İsfəndiyar əslində yeni ideyalar icad eləmir. Hamının bildiyi şeyləri danışır.

O, Viktor Hüqodan müdrik danışmayacaq ki:

"Bir məktəb tikin, bir həbsxananın sayını azaldın!"

Hüqo belə deyirdi...

Fərq odur ki, İsfəndiyar alimlərə qarşı danışanda deputatlar, deputatlara qarşı danışanda isə etiraz alimlərdən gəlir...

Niyə belədir?

Sonda...

Şərurlu İsfəndiyar deyilən şəxs özünün ana peşəsi saydığı inşaat sektorunda gülməli, faciəli, kriminal işlərlə məşğul olmasaydı, özünə aid olmayan sahələrə dair əslində bu günkü haqlı fikirləri qarşısında hamının daşa basdığı personaya çevrilməzdi... Bu da İsfəndiyarın paradokslarından biridir. Adam doğru danışanda da ittiham olunur.

Çünki tikintidə doğru adam ola bilmədi...

Aydın Quliyev

Xəbər 241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +