Piramida şəbəkəsinin rəhbərinə 8 il həbs verildi
Terror aktı hazırlayan şəxs saxlanıldı
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü
“Qarabağ Universitetinin Klinikası” yaradılır
İtkin düşən 17 yaşlı oğlanın cəsədi tapıldı
Vəzifədən vəzifəyə gedən nazirlər KİMLƏRDİR?
Paris Rusiya mediasına qarşı təqiblərə başlayıb?
Saxta içki 33 can aldı
Ukrayna rusların 81 “Şahed“ni vurdu
Pensiyalarla bağlı artımlar nə zaman ödəniləcək?


03.02.2025  11:45 

“İnvest-Az İnvestisiya Şirkəti” ölkədən nə qədər pul çıxarıb?





A+  A-

“İnvest-Az İnvestisiya Şirkəti” QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“İnvest-Az İnvestisiya Şirkəti” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İnvestisiya şirkəti ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 11 fevral tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, ölkədən pul çıxarmaqda günahlandırılan “İnvest-Az İnvestisiya Şirkəti”nin direktoru Şəhriyar Qurbanzadədir, Müşahidə Şurasının sədri isə Elşən Quliyevdir./Tribunainfo.az

Xəbər 861 dəfə oxunub.




07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu

07.02.2025  12:36 

Saxta içki 33 can aldı

07.02.2025  09:05 

Xəzərdə zəlzələ OLDU


BÜTÜN XƏBƏRLƏR +