TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


07.02.2025  11:02 

Pensiyalarla bağlı artımlar nə zaman ödəniləcək?





A+  A-

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün pensiyalar indeksləşdirilərək artırıldı. Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Rəsmi statistikaya əsasən, ötən il ölkə üzrə orta aylıq əmək haqqı 8.1 faiz artıb.

Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.

Deməli, pensiyaçılar artımları bu aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. Məsələn, 500 manat pensiyası olan vətəndaşımız üçün artım məbləği 40.5 manatdır (500 manat X 8.1 %). Bu o deməkdir ki, artımlardan sonra həmin vətəndaşımızın pensiya məbləği 540.5 manatdır. Ötən ay isə həmin vətəndaşımızın pensiyasını əvvəlki məbləğdə alıb. Ona görə də, yanvar ay üçün hesablanmış aylıq artım (40.5 manat), ferval ayının artımına (40.5 manat) əlavə olunur və birlikdə bu ay ödənilir. Bu o deməkdir ki, bu halda fevral ayında həmin vətəndaşımız 540.5 manat deyil, 581 manat pensiya alacaq. Gələn aydan etibarən isə aylıq pensiya məbləği yenidən 540.5 manat olacaq.

Bir daha xatırladaq ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur.

“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Vüqar Bayramov
Millət vəkili




Xəbər 3703 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +