İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?


27.09.2019  15:19 

Bakıda seyf oğurlayan dəstə ələ keçdi





A+  A-

Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a bildirilib ki, Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəsdə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:39 

Xəzər dənizində zəlzələ olub

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +