İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?


04.03.2025  17:29 

Prezident onlara şiddətli töhmət verib, amma...





A+  A-

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. O, işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

XəzərNews.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Fuad Nağıyev kimi yüksək vəzifəli şəxslə bağlı bu xəbər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə onun vəzifədən də çıxarılıb-çaxarılmayacağı sualına cavab axtarılır.

Qeyd edək ki, Fuad Nağıyev töhmət alan, lakin hələ ki vəzifədən çıxarılmayan ilk məmur deyil. Bundan əvvəl də töhmət və şiddətli töhmət alandan sonra vəzifəsinin icrasına davam edən bir neçə məmur olub.

2020-ci ilin aprelində Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.

Nahid Bağırova töhmət Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib.

2024-cü ilin oktyabrında isə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib.

Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əvvəlcə ona töhmət, sonra sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri aşağıdakı kimidir:

a) töhmət;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə;
ç) əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək.


Ekspertlər deyirlər ki, törədilən xətanın dərəcəsinə uyğun olaraq, nəiniki birbaşa şiddətli töhmət vermək olar, hətta işdən çıxarılma da həyata keçirilə bilər.

Xəbər 207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +