Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


05.09.2025  13:07 

Putinin Əliyevlə salamlaşması... - Vacib, amma birinci addımdır - TƏHLİL





A+  A-

RF prezidenti V.Putin ilk olaraq Prezident İ.Əliyevlə salamlaşdı və özünün birinci salamlaşdığını açıq mətnlə bildirdi. Mətbuatımızda RİA Novosti-də gedən yazını tərcümə etmişdilər. TASS və İnterfaxs agentlikləri isə V.Putinin “mən salamlaşdım” fikrini də yerləşdirmişdilər. Bəlkə də hər iki ölkənin tarixində bu bir ilkdir.

Azərbaycan və Rusiya nümayəndə heyətləri Pekində olduğu dövrdə Rusiya nümayəndə heyətinin bir nömrəli işi Azərbaycan Prezidenti ilə RF prezidenti arasında təmas yaratmaq olub. Görünür,.Rusiya tərəfi çalışıb elə vəziyyət yaratsın ki, Prezident İ.Əliyev V.Putinə tərəf getsin. Bu alınmadı, zaman isə keçirdi. O dövrdə Rusiyanın 3 statuslu informasiya agentliyində D.Peskovun, Uşakovun “V.Putinin İ.Əliyevlə görüşməsi” barədə sualları cavablandırması Rusiya tərəfindən Prezident İ.Əliyevlə görüşə böyük ehtiyacın olduğu aydın görünürdü. Belə hal görünməmişdi.

Rusiya nümayəndə heyətinin gördüyü işlər nəticə vermədikdən sonra V.Putin özü ön sıraya çıxdı. Serbiya prezidenti A.Vuşiçlə görüşü zamanı Azərbaycan mövzusu müzakirə olunub. Həmin ərəfədə V.Putin Özbəkistan prezidenti Ş.Mirziyoyevlə də görüşüb. Ş.Mirziyoyev də hazırda V.Putinin qəzəbinə düçar olmuş prezidentlərdəndir. Əvvəllər Ş.Mirziyoyevə olan münasibəti vaxtilə V.Putinin İ.Əliyevə olan münasibətinin eynisi idi. İndi görüş anını nəzərdə tutaq. Prezident İ.Əliyevin yanında A.Vuçiç oturub, Mehriban xanımın yanında da Ş.Mirziyoyevin xanımı dayanıb. V.Putin girir və Prezident İ.Əliyevə doğru dönür, salamlaşır. Belə detallı qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mətbuatımızda və ya Rusiya mətbuatında çox fərqli Azərbaycanın ziyanına olan variantlar ortaya qoyulur. V.Putin Prezident İ.Əliyevə yaxınlaşır, salamlaşır. Sonra isə Ş.Mirziyoyevin xanımı və daha sonra Mehriban xanım ilə görüşür. Belə bir variantı təsəvvür etmək olar: Sona qədər Rusiyada belə bir ehtimal olub, bəlkə də Mehriban xanım olmasaydı onlar İ.Əliyevlə görüşə bilərdilər. Bəlkə də fikirləşiblər ki, Mehriban xanım istənilən anda İ.Əliyevi həmin məkandan uzaqlaşdıra bilərdi. Bunlar olmasın deyə təxminən belə bir konfiqurasiya qura biliblər.

Azərbaycan üçün V.Putinin atdığı addım çox faydalıdır və sonradan RF XİN rəsmisi M.Zaxarovanın, RF Baş nazirinin müavini A.Overçukun Azərbaycanın həbs etdiyi RF vətəndaşları və Rusiyaya bağlı jurnalistləri azad etməsi ilə bağlı dediklərini Rusiyanın tələbi kimi qəbul etmək lazım deyil. Sadəcə V.Putinlə İ.Əliyevin münasibətlərini normallaşmış hesab edirlər və Rusiya dövlətinin məsuliyyətli rəsmiləri kimi bu mövzunu gündəliyə gətirirlər. Əslində Azərbaycanda RF-ə məxsus jurnalistlərin həbsi ikincili hadisədir. Həmin dövr üçün birinci hadisə Yekatendurqda baş verənlərdir. Ondan da əvvəl AZAL-ın təyyarəsinin vurulmasına münasibətidir.

RF mətbuatı AZAL təyyarəsində rəhmətə gedənlərə, zərər çəkənlərə sığortanın ödənilməsi ilə bağlı məlumat yaydı. Qalır üzr istəmək. Bu V.Putinə aiddir. V.Putin Yekatenburq hadisələrinin tədqiqatı ilə bağlı mütləq müəyyən addımlar atmalıdır. AZAL-ın qəzası ilə bağlı özünün birinci zəngində üzrxahlıq hissəni bəlkə də daha əlavə izah etməklə vəziyyəti tamamilə aradan qaldırmış olar.

Bu yaxın üç gün ərzində V.Putindən xəbər çıxa bilər. Çünki Azərbaycanın məxsus olduğu regionda gedən proseslər RF üçün birbaşa təhdiddir. O da nəzərə alınmalıdır ki, Kreml bu gün Rusiyanın tək neftini, qazını dempinq qiyməti ilə satışa çıxarmayıb. Sanki SSRİ-nin Dünya Müharibəsində qazandığı qələbəni Kreml “qızıl məcməyiyə” qoyub, ABŞ-a, Çinə təqdim edir. ABŞ bu qələbəni özününkü bilir, Çin də artıq özününkü elan etdi. Çininki daha ciddi görünür. Çünki əvvəlcə RF Dövlət Dumasının sədri V.Volodin səfərdə oldu və SSRİ-nin II Dünya Müharibəsində qələbə çələngini təntənəli S.Cinpinə təqdim etdi. S.Cinpin qələbə çələngini alarkən bir az təvazökarlıq göstərdi. Sonra da V.Putinin atdığı addımları da təxminən bu istiqamətdə oldu.

Hətta indi SSRİ-nin II Dünya Müharibəsində qələbəsini Rusiya alimlərindən biri Hindistan tərəfinə də satmaq istəyir.

SSRİ-nin qələbəsinə Prezident İ.Əliyevin çox orijinal, cəsarətli mövqeyi diqqət çəkir. Volodinin, V.Putinin etmədiyini Prezident İ.Əliyev etdi. S.Cinpin İ.Əliyevi beynəlxalq imperializmin müdaxiləsinə və II Dünya Müharibəsinin 80 illiyinin qeyd olunmasında iştiraka görə təşəkkürünü bildirdi. Prezident İ.Əliyev isə yalnız imperializmin müdaxilələrinə qarşı qələbənin 80 illiyində iştirak etdiyini qeyd etdi. Həmin anda SSRİ-nin haqlı mövqeyini İ.Əliyev Rusiya rəhbərliyindən, V.Putindən daha yaxşı müdafiə etdi. Bəlkə də atasının SSRİ-nin rəhbəri olduğuna, Bakı neftinə görə idi. ABŞ II Dünya Müharibəsində SSRİ-yə hərbi texnika verib. Qələbənin SSRİ-yə məxsusluğunu yeganə sübut edən danılmaz fakt Bakı neftidir. Hansı texnikanın haradan gəlməsindən asılı olmayaraq yerdə olan texnikanın yanacağının 70%-ni, aviasiya yanacağının isə 80%-i Bakıdan gedib. Bütün bunlar müzakirə olunmalı mövzulardır. Əlbəttə Azərbaycan üçün MDB vacibdir, əgər bu gün SSRİ məkanında Rusiya az qala orta əsr metodologiyası ilə özünü aparırsa, MDB Azərbaycan üçün də lazım deyil.

Azərbaycan yenidən SSRİ-nin digər qələbələrinə də baxa bilər. Azərbaycan üçün seçim imkanları var. Təbii ki, Rusiyanın da seçim imkanları bizdən daha böyükdür:

1. MDB məkanın 12 dövlətli olması, Ukraynanı MDB məkanına qaytarması üçün Rusiya əlində gələni etməlidir:

2. Rusiyanın bildirdiyi Avrasiya məkanında bölünməz təhlükəsizlik, ŞƏT-in sənədlərində göstərilən dünyanın demokratik qlobal idarəçiliklə bağlı prinsipləri ilk MDB məkanında reallaşmalıdır.

3. Hazırda Cənubi Qafqaz aktiv proseslər zolağındadır. Bu dəfələrlə təkrarlanmış hadisədir. Ermənilər hətta SSRİ-nin tərkibində olduğu dövrdə sakit dayanmayıblar. Qərbdəki ermənilər SSRİ-nin daxili işlərinə müdaxilə ediblər. Bütün bunların əksəriyyəti də Azərbaycanda özünü göstərib. SSRİ dövründə ən azı 4 dəfə azərbaycanlılar Ermənistan SSR-nin ərazisində deportasiya olunub. Rusiya Cənubi Qafqazda yaratdığı süni Ermənistan dövlətini yerbəyer etməlidir. Ermənistan Qərblə birlikdə Qarabağ münaqişəsini yaratdı. Qərbə bizim iradımız yoxdur. Çünki təməl Kremldə idi və sonra da sanki Vaşinqton fiti verib, kənara çəkildi. Nə iş görüldüsə Kreml və ətrafındakılar gördülər.

1988-ci ildə SSRİ ordusunu ilk çıxardan respublika Ermənistan oldu. Teatr meydanında “İvan, çamadanını götür, çıx get”, “ İvan, şinelini götür, get” şüarları idi. Rusiyanın başına duran bir qrup ermənidən asılı adamlardır. Erməniləri özləri üçün müqəddəs bilirdilər. Bu şeylərə o vaxt cavab reaksiyası almadı, unuduldu. İndi də ermənilər Rusiyanın daxilində məhz Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə məşğuldurlar. Çar Rusiyası məhz Azərbaycan torpaqlarının hesabına Ermənistanı yaradıb. İlk növbədə Ermənistanda ərazi islahatları aparılmalıdır. Azərbaycandan alınıb, Ermənistana verilən torpaqlar qaytarılmalıdır. Rusiya tərəfindən bunun bəzən əlamətləri görünür.

Tacikistan prezidenti Moskvaya dəvət olundu. O, Azərbaycan Prezidenti ilə danışdı. Onun ardınca A.Lukaşenko, V.Putin Prezident İ.Əliyevlə danışdılar. Bu V.Putinin İ.Əliyevlə danışması müəyyən bir tarixə malikdir. Tacikistan Varux vilayətini Qırğızıstandan alıb, özünə qaytarmışdı. Zəngəzur mahalı kimidir, sadəcə Zəngəzur mahalının Azərbaycandan alınıb, Ermənistana verilməsinin tarixi Varuxun tarixindən daha qədimdir. SSRİ-nin dövründə Zəngəzur mahalı SSRİ-nin ərazisində bir respublikadan alıb, digər respublikaya verilən ilk ərazi idi. İqor Kirienkonun Robert Köçəryanla danışdığından sonra R.Köçəryan aktivləşib və Rusiyanın yenidən hakimiyyətə gətirəcəyi prezident kimi özünü aparır. Açıqlamalarda bu göründü. R.Köçəryan N.Paşinyanın adından bildirdi ki, yaxında N.Paşinyan Zəngəzur mahalın və Göyçə ətrafında əraziləri də Azərbaycana qaytara bilər. Əslində R.Köçəryan Rusiyanın Zəngəzur mahalını və Göyçə ətrafındakı əraziləri Azərbaycana qaytarmaq niyyətini bilir, bunu da N.Paşinyanın adından ictimailəşdirdi ki, gələcəkdə məsuliyyəti üzərindən ata bilsin.

R.Köçəryan ən böyük və hiyləgər anti-Rusiya siyasəti reallaşdıran adamdır. “Sibir Avia”nı vergi yoxlamaları ilə Ermənistan ərazisində müflisləşdirib, bütün mal-mülkünü mənimsəyib, onun əvəzində “Armavia”nı yaradan R.Köçəryan idi. “Armrosqazprom”da Rusiyanın səhmlərini azaldıb, Ermənistanın səhmlərini artıran R.Köçəryan idi. Kritik rəqəmlər dövründə RF ayıldı və R.Köçəryana səhmlər satılmadı. Rusiyanın Ermənistan ərazisində neft, yanacaq şirkətlərini özəlləşdirib, dostuna verən və sonradan bu şirkətlərin Rumıniyadan yanacaq almasını quran da R.Köçəryan idi. Həm “Fleş”, həm də “Armavia” R.Köçəryanın Qarabağdan dostu, Bakı ermənisi Mika Baqdasaryanın adına rəsmiləşdirilmişdi.

V.Putinin M.Xodorkovksiyə təzyiqlərinin ən maksimal dövründə “YUKOS- CİS”in, yəni Xodorkovskinin 4,5 milyard dollar pulunu Qərb banklarına köçürdü. R.Köçəryan ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binasının tikintisinin səbəbkarı, maliyyə mənbəyi R.Köçəryandır. K.Zatulin də R.Köçəryanla birlikdə o səfirliyin tikintisi ilə maraqlanıb, tikintinin ərazisində olub.

Bu gün Rusiyanın daxilində ermənilərdən əlavə ruslardan ibarət böyük erməni plastı var. Solovyov bir neçə ölkənin vətəndaşıdır. Hansı ölkədə nə qədər pulu var. Bu pulların mənbəyi haradandır. K.Zatulin neçə ailəsi var. Bir ailəsi Soçidə, biri Moskvada, biri də Avropa, Qərb ölkələrində yaşayır. Bütün bunların hamısı Ermənistanın hesabınadır və onlar da mütləq Cənubi Qafqazda vəziyyəti gərginləşdirməlidir, Ermənistanın yalanlarını müdafiə etməlidir.

Baltikyanı ölkələrdə rus dilinə qarşı mübarizə başlayanda Ermənistanda rus dili və mədəniyyətinə qarşı mübarizə ən sərt səviyyədə baş verdi. O zaman K.Zatulin, Modest Kolerov, Stanislav Tarasovun, Rusiyada olan rus soyadlı ermənipərəstlərin bu hadisəyə mövqelərini öyrənin. Böyük əksəriyyəti aşkar Ermənistana dəstək verdilər, Moskvanı günahlandırdılar. Ona görə Ermənistan bu gün sonluğunu tapmalıdır.

Çar Rusiyasının destruktiv siyasətini Putin Rusiyası konstruktiv siyasətlə əvəzləməlidir. Hər yerdə Rusiya özü görünməlidir. Heç bir əlaltısı olmamalıdır. Lori vilayəti Gürcüstana verilməlidir. Bu Abxaziya və Cənubi Osetiyanın əvəzinə kompensasiya oluna bilər. Lori vilayəti tarixən Gürcüstan ərazisidir, Azərbaycanın da əraziləri özünə qaytarılmalıdır. İlk olaraq SSRİ-nin varisi kimi V.Putin Zəngəzur mahalını Azərbaycana qaytarmalıdır.

Bu gün Rusiyada Qərbin təsir agentləri yoxdur. Bu gün RF ekspertləri, siyasiləri Azərbaycanı Qərbin təsiri altında olmaqda ittiham edir. Tək Qərbin deyil, İran və Türkiyənin də Azərbaycanda rus dilinə olan sevgi ən böyük narahatçılıq mənbəyidir, daimi də buna qarşı mübarizə aparıblar. 1990-cı ilin 20 yanvar erasında anadan olmuş uşaqlar bu gün valideyndirlər və övladları ilə rus dilində danışırlar. Bu Azərbaycanın Qərbin və digər xarici təsirlərə reaksiyasıdır.

Qərb, Şərq də Moskvada cəmləşib, həm Rusiyanın özünü, həm də ətrafını Moskvadan idarə edirlər. V.Putin bu adamları təmizləməlidir.

Rusiyanın Yekatenburq hadisələri başlamazdan əvvəl İranda İsraillə müharibə başladı. Rusiyanın İranda böyük nümayəndə heyəti var idi.

Azərbaycan onları sanki qucağına götürüb, Rusiyaya ötürdü. Bu Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsində başlanğıc nöqtəsi kimi də götürülə bilər, kimsə qlcıqlana bilər. Rusiya Azərbaycanla bağlı Kremldə səslənən fikirləri öyrənsə, çox yaxşı olar. Putin Rusiyası bütün MDB-də düşmənçilik siyasəti aparıb.

Azərbaycanla bağlı ortaya qoyulan materiallar orijinal düşmənçilik nümunələridir. Hər gün Rusiyanı söyən Almaniya və Fransaya qarşı tətbiq olunmayan metodlardır. Heç bir MDB ölkəsinə tətbiq olunmayan metoddur. Azərbaycana qarşı orijinal düşmənçiliyi RF özündə tədqiq etsin. Məncə çox şey aydın olacaq. Azərbaycan və Rusiyanın birgə fəaliyyət nəticəsində böyük perspektivi var. Bu qarşılıqlı faydalı perspektivdir. Bunun üçün RF istər-istəməz müstəqil siyasətini aparmalıdır, Azərbaycanın da müstəqil siyasət aparmasına maneçilik törətməməlidir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +