Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


25.04.2021  09:43 

Amerika Azərbaycanlıları ABŞ Nümayəndələr Palatasına müraciət etdi





A+  A-

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-ın Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, məktubda deyilir : Bu məktub Nyu-York Azərbaycan Birliyi və ABŞ-dakı digər yeddi cəmiyyətin adından, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən yerləşdirilmiş minalar və digər partlayıcı qurğularla kütləvi çirklənməsindən doğan ciddi təhlükəyə diqqətinizi cəlb etmək üçün yazılır. Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.

Bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərə son qoydu.

İndi azad edilmiş torpaqlarda hamı üçün təhlükəsiz və dinc bir mühit təmin etməyin vaxtı gəldi. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də minalar qoyulduğu üçün öz evlərinə qayıda bilmir. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini təqdim etmir”.

Qeyd edək ki, müvafiq məktublar BMT-nin, "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının ABŞ-dakı nümayəndəliyinə də göndərilib.

Xəbər 2702 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +