Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


18.04.2021  11:17 

XİN bəyanat yaydı





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, bəyantda aşağıdakılar deyilir:

"Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Bu gün ilə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.

Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.

Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.

Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmayıb. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir".

Xəbər 2676 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +