Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


15.08.2025  16:01 

Tramp 907-ci düzəlişi rəsmən dayandırdı





A+  A-

ABŞ Prezidenti Donald Trampın "Azadlığa Dəstək Aktı"nın Azərbaycanla bağlı qəbul etdirdiyi 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasına dair memorandumunun mətni dərc olunub.

XəzərNews.az xəbər verir ki, memorandumun mətni ABŞ hökumətinin rəsmi jurnalı olan "Federal Register"da dərc edilib.

Memorandumda deyilir:

Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac Maliyyələşdirilməsi və Əlaqəli Proqramlar Aktının II bölməsi (107-115 saylı Qanun) tərəfindən mənə verilən səlahiyyətlər əsasında, bununla Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin (102-511 saylı Qanun) dayandırılmasını

- ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruri olduğunu;

- Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və ya beynəlxalq terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu;

- Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduğunu;

- Ermənistan və Azərbaycan arasında sülh nizamlanması üzrə danışıqlar üçün cari səylərə xələl gətirməyəcəyini və ya mane olmayacağını və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəyini müəyyən edir və təsdiq edirəm.

Müvafiq olaraq, bu qərarla mən "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin müddəalarının tətbiqindən imtinanı uzadıram", - sənədin mətnində deyilir.

Tramp ABŞ-nin dövlət katibi Marko Rubioya bu qərarı Federal Reyestrdə dərc etməyi və bu qərarı və izahedici qeydi Konqresin müvafiq komitələrinə göndərməyi tapşırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi ilə bağlı sənədi imzalayıb.



Xəbər 942 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +