Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!





A+  A-

“De ki, bilənlərlə bilməyənlər bir olarmı?” (Zümər, 9).

Bəlkə də Azərbaycan yeganə ölkədir ki, bizdə “məktəb”, “təhsil ocağı” sözləri eyni mənada işlənir. Ocaqların yerləşdiyi məkanlarda Peyğəmbər (s) soyuna, övliyalara, tanınmış din xadimlərinə və ariflərə məxsus məzarların olması ehtimal edilir. Bu baxımdan ocaq dini komponentdir. Ocaqlara gedən insanlar mənəvi-psixoloji sakitlik tapır, özlərini Allaha daha yaxın hiss edirlər. Məktəbin ocaq adlanması xalqımızın elm mərkəzinə verdiyi addır. Çünki, məktəb elm bağçası, ibtidai düşüncənin formalaşdığı yerdir. Müəllim isə məktəbdə müqəddəs şəxsdir.

Azərbaycanda məktəb və pedoqoji fikir tarixinə nəzər saldıqda görürük ki, 1829-cu ilə qədər məktəblər məscidlərdə və ruhanilərin evlərində fəaliyyət göstərirdi. (Ötən əsrin əvvələrinə qədər də bu ənənə davam etmişdir.) Azərbaycanda ən qədim məscid VIII əsrdə inşa edilən Şamaxı Cümə məscididir ki, 743-cü ildə tikilmişdi. Həmin məscidin bir hissəsi tədris, oxuyub öyrənmə sahəsi üçün ayrılmışdı. Zamanla məscidlərdə xüsusi tədris yerləri də yaradılmağa başlandı.

Məscid və camelərdə tələbələrin öyrənmələri üçün müəllimin ətrafına toplaşan yerə “Həlqeyi-tədris” deyilirdi. Həlqələr çox zaman müəllimin adı ilə adlanırdı. Bəzən isə məscidlərin həmin hissəsinə “Xanəgah” deyilməyə başlanıldı. Xanəgahlar sufiliyin geniş yayıldığı illərdə məscidlərdən kənarda fəaliyyət göstərirdi. Xanagahlar şeyx məkanı (imam otağı), səmaxana (xüsusi ibadət məkanı), xəlvətxana (nəfs tərbiyəsi), “ərbain” və ya çilləxana (hər iki məna 40 rəqəmini bildirir), dərsxana (təlim, söhbət, müzakirə məkanı) və mətbəx hissələrindən ibarət idi. Məscid, mədrəsə və xanagahlarda təhsil xərcləri dini maliyyə aktivləri hesabına ödənilirdi. Buraya müəllimlərin aylıq məvacibləri ilə yanaşı tələbələr üçün həvəsləndirici pul mükafatları da daxil idi.

Bir iş adamının “əlimdə imkan olsa idi, bütün məscidləri söküb yerində məktəb tikdirərdim” deməsi absurddur. İlk növbədə ona görə ki, ölkəmizdə kiminsə məktəb tikməsinə ehtiyac yoxdur. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində dövlət siyasəti uğurla davam etdirilir.

Əgər kimsə xeyriyyə məqsədi ilə məktəb tikmək istəyirsə, bunun üçün məscid sökməyə heç bir səbəb yoxdur. Hər bir azərbaycanlı şahid oldu ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ilk olaraq məscidlər bərpa edilməyə, yeni ibadət evləri tikilməyə başladı.

Belə ki, 2020-ci ilin dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı, Çöl Qala məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Şuşa, Laçın, Hadrut, Suqovuşan ərazilərində yeni məscidlərin tikintisi və bərpa işləri davam etdirilir. Qeyd edim ki, adları qeyd olunan məscidlərin açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.

Təkcə Qarabağ və Şərqi Zəngəzur bölgəsində deyil, bütün ölkə ərazisində dövlətin din siyasəti uğurla icra olunmaqdadır.

Samid Quliyev

Xəbər 103 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +