Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma
Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?


22.10.2019  12:54 

“Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır”





A+  A-

İdxal edilən məhulların bir qisminin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır:

“Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin aylarla dəyişməməsi və qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz.

Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

V.Bayramov deyib ki, məsələ sadəcə portağalın qiymətinin baha olması ilə bitmir:

“Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik. Məsələ sadəcə portağılın qiyməti ilə bitmir. Əslində bu ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edərdilər.

Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də... Təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur. CESD istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullarla bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir. Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”, - deyə iqtisadçı ekspert bildirib.

Xəbər 2575 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...


BÜTÜN XƏBƏRLƏR +