Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


29.04.2025  17:58 

“Konstitusiya“ Araşdırmalar Fondu və Suriya Türkmən Dərnəkləri Federasiyası arasında Memorandum imzalandı





A+  A-

Bu gün Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının Təsis Konfransı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu ilə Suriya “Türkmənlərin Assosiasiyaları Federasiyası” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

XəzərNews.az xəbər verir ki, sənədi müvafiq olaraq Fondun prezidenti Əliməmməd Nuriyev və Federasiyanın sədri Tarik Cevizci imzalayıblar.

Bu memorandum yalnız iki təşkilat arasında hüquqi əməkdaşlıq sənədi deyil – həm də Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətləri arasında həmrəyliyin, sosial ədalətə, davamlı inkişafa və bərabərhüquqlu əməkdaşlığa bağlılığın rəmzidir.



Memorandumun məqsədi tərəflər arasında sosial, hüquqi, ictimai və strateji sahələrdə əməkdaşlığın qurulması, birgə layihələrin icrası və resurs mübadiləsi əsasında vətəndaş cəmiyyətinin gücləndirilməsinə töhfə verilməsidir. Sənədə əsasən, tərəflər qeyri-hökumət təşkilatlarının institusional inkişafına dəstək, sosial problemlərin həlli istiqamətində icma əsaslı təşəbbüslər, gənclərin liderlik bacarıqlarının artırılması və hüquqi maarifləndirmə sahələrində birgə fəaliyyət göstərəcəklər.

Memorandumun imzalanması Qlobal Cənub ölkələrinin QHT-lərini bir araya gətirən Bakı Konfransının ruhuna tam uyğundur. Bu konfrans Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarından olan vətəndaş cəmiyyətlərinin ortaq platformasının formalaşdırılmasına xidmət edir. Azərbaycan bu prosesdə həm coğrafi, həm də ideoloji baxımdan mühüm bir körpü rolunu oynayır.



"Konstitusiya" Araşdırmalar Fondunun bu platformada aktiv iştirakı və Suriya türkmən icmasının əsas təmsilçi qurumu ilə əməkdaşlığa imza atması, Azərbaycanın yalnız regionda deyil, həm də daha geniş miqyasda sülh, inkişaf və vətəndaş həmrəyliyinə verdiyi töhfənin bariz göstəricisidir.

Bugünkü Memorandum göstərir ki, qeyri-hökumət təşkilatları yalnız sosial layihələrin icraçıları deyil, həm də beynəlxalq münasibətlər sisteminin və xalqlararası əməkdaşlığın əsas aktorlarıdır. Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətlərinin birləşməsi, dünyada güc mərkəzlərinin daha ədalətli və inklüziv şəkildə yenidən qurulmasına yönəlmiş alternativ yanaşmanı təşviq edir.



"Konstitusiya" Araşdırmalar Fondu hüquqi maarifləndirmə, vətəndaş hüquqlarının təşviqi, şəffaflıq və hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübəsini bölüşməyə və regional əməkdaşlıqda fəal rol almağa davam edəcək.



Xəbər 771 dəfə oxunub.



30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +