İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


10.05.2017  10:26 

Köçkün müəllimlərə hansı güzəştlər var?





A+  A-

Məcburi köçkün statusuna malik Azərbaycan vətəndaşlarına bəzi vergi güzəştləri tətbiq olunur.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, bu güzəştlər məcburi köçkün olan müəllimlərə də şamil olunur. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən xəbərdə bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında vergi tutulmalı olan aylıq gəlirindən 100 manat çıxılır, yerdə qalan məbləğ 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat, üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Eyni zamanda, əsas iş yerində muzdlu işçinin aylıq gəliri (azadolma və güzəştlər çıxılmadan) 2500 manatadək olduğu halda həmin məbləğin ölkə üzrə yaşayış minimumunun 1 misli (2016-cı il üzrə 136 manat) məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas olmayan iş yerində isə verilən əmək haqqının tam məbləğindən azadolma və güzəşt tətbiq edilmədən yuxarıda qeyd edilən dərəcələrlə gəlir vergisi tutulur.

Həmçinin pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 (altmış) manat məbləğində kompensasiya vergi tutulan gəlirə aid edilmir.

Xəbər 1400 dəfə oxunub.




22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +