Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


22.01.2025  00:37 

Yük avtomobili yandı: 14 ton qida məhv oldu





A+  A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

XəzərNews.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində DAF markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib. Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb. Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər 3543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +