Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


11.09.2023  18:44 

Yardımlının yolları büdcə pullarının “məzarlığına” çevrilib





A+  A-

Yardımlı Rayon İcra Hakimiyyəti rayon yollarının təmirinə başlayır.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Pro Təmir Tikinti” MMC seçilib. Yolların təmirinə 754 488,57 AZN xərclənəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Pro Təmir Tikinti” MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var.

Mediada şirkətin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb. Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O bu ilin iyununda işdən çıxarılıb.

Mahir Mirzəyev barəsində mediada dərc edilən materiallardan aydın olur ki, icra hakimiyyətinin tenderlərini əsasən o, keçirir və müsabiqələrdə özünə yaxın şirkətlər qalib seçilir. Görünür, bu faktlar icra başçısı Ayaz Əsgərovu Mahir Mirzəyevi işdən çıxarmaq məcburiyyətində qoyub.

Lakin onun quruma hələ də təsiri qalır. İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyevin Mahir Mirzəyevin əmisi oğlu olduğu deyilir.

İddialara görə, keçmiş müavin tender məsələlərini indi onun əli həll edir. Təbii ki, burada icra başçısının da mövqeyi nəzərə alınır.

Yardımlı Rayon İcra Hakimiyyəti bu ilin avqustunda da "Pro Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 59 619,85 AZN olan müqavilədə Yardımlı rayonunda abadlıq işlərinin satın alınması nəzərdə tutulur.

Yardımlı Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 754 726,03 AZN, 2021-ci ildə 739.068,8 AZN, 2020-ci ildə isə 754 110,59 AZN xərcləyib. Bu ilki xərci də bura əlavə etsək, məlum olur ki, icra hakimiyyəti 3 il ərzində yollara 3 002 393,99 AZN "səpib”.

Xəbər 5049 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +