Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


28.04.2025  11:49 

İTM-nin tenderlərini niyə məhz “AZFAR Med” “udur”?





A+  A-

İnnovasiya və Təchizat Mərkəzi daha bir tender razılaşmasına imza atıb. Tenderin qalibi “AZFAR MED” QSC olub. Şirkətlə 28 milyon.508 min 475 manatlıq müqavilə bağlanılıb.

Sözügedən qurum xroniki böyürək xəstələri üçün sərfiyyat mallarını alacaq.

Qeyd edək ki, “AZFAR MED” bu ilin yanvarında da İTM-lə anlaşma əldə edib. Həmin vaxt xroniki böyrək çatışmazlığı xəstələri üçün hemodializ cihazların alınmasını həyata keçirib. Həmin razılaşmanın qiyməti isə 3 milyon 112 min 427 manat təşkil edib.

Açıq mənbələr üzərindən apardığımız qısa araşdırma zamanı o da məlum olub ki, sözügedən şirkət yalnız İTM-in tenderlərinin qalibi olub. Elə ötən il keçirilmiş tenderlərin nəticələrindən də bu aydın görünür. Belə ki, “AZFAR MED” QSC eyni məqsədlər üzrə İTM-in iki tenderinin qalibi olub. Onlardan biri 3 milyon 717 min 792 manat, digəri isə 296 min 811 manat olub. Və bütün bu proseslər ötən ilin oktyabrından bu günə təsadüf edir.

Nəzərinizə çatdıraq ki, “Azfar Med” QSC 2021-ci ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 2000 manat təşkil edən şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.

Onu da xatırladaq ki, şirkət bir qədər əvvəl gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib./Tribunainfo.az

Xəbər 73 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +