Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


08.11.2019  11:09 

İcra başçılarının əcaib korrupsiya sistemi üzə çıxır





A+  A-

Şahbaz Xuduoğlu: “Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”
“Hər rayona Prezident Administrasiyasından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə, adları işdə gedən, lakin özləri olmayan “ölü canlar” idi”.

XəzərNews.az AYNA-ya istinadən xəbər verir ki, bu məlumatı “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşıb. Onun bildirdiyinə görə, sözügedən 600 kvotadan 520-sini keçmiş icra başçısı Şəmsəddin Xanbabayev mənimsəyib.



“Yerdə qalanlar Məşğulluq Mərkəzinin direktoru Ayazın, MKT-nin direktoru Qalibin və DOST Mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyə İdarəsinin rəisini çağıraraq deyib ki, “mən belə şey edə bilmərəm, Prezidentin xüsusi göstərişi var, ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ki, “ölü canları” tapıb, kartları geri alsınlar. Məhəllə-məhəllə gəzirlər”, - deyə Ş.Xuduoğlu bildirib.

Onun sözlərinə görə, Maliyyə İdarəsinin Nizami adlı rəisi təzə başçıya and-aman edib ki, “vallah-billah, kartlar Şəmsəddin Xanbabayevdədir”: “Nəzərə alaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yüklənirdi. Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”.

“Xaçmazda “ölü canlar”ın axtarışları bu gün səhərdən başlayıb. Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi şimali Qafqaz kurortlarının birinə istirahətə gedib. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə, bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur”, - deyə Xuduoğlu vurğulayıb.

AYNA əməkdaşı sözügedən hadisə barədə rəsmi məlumat almaq üçün Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. RİH-in adını açıqlamayan bir əməkdaşı belə bir hadisənin baş vermədiyini deyərək, tələsik dəstəyi asıb...

Xəbər 3178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +