Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


11.11.2025  11:29 

Rəşad Dağlı həbsdən azad olunub?





A+  A-

“İnstagram” və “Tik Tok” sosial şəbəkələrində həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının azadlığa çıxması və onun məclislərdən birində rəqs etməsi ilə bağlı məlumatlar yayılıb, videolar paylaşılıb.

XəzərNews.az xəbər verir ki, Musavat.com yayılan məlumatları dəqiqləşdirmək üçün meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara ilə əlaqə saxlayıb.

O saytımıza sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini və videoların köhnə olduğunu dedi:

“Rəşad həbsdədir, azadlığa çıxmayıb. Sosial şəbəkələrdə bəzi səhifələr ip yığmaq məqsədi ilə belə saxta məlumatlar paylaşırlar. Yaxın günlərdə bununla bağlı oğlu açıqlama verəcək. Rəşadın həyatında hansısa dəyişiklik baş verməyib, həbs həyatı davam edir”.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən dəhşətli hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib. Hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdu.

İstintaqın yekununa görə, Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah gəzdirmə) maddələri üzrə ittiham irəli sürülüb.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib. Hökmə əsasən, meyxanaçı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisədən artıq iki ildən çox vaxt keçsə də, Rəşad Dağlı ilə bağlı yayılan hər yeni xəbər və görüntü ictimaiyyətin diqqətini cəlb etməkdə davam edir. Onun azadlıqdan sonrakı taleyi və sənət fəaliyyətinə qayıdışı barədə müzakirələr isə hələ də gündəmdədir.

Xəbər 254 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +