DSX-nın baş çavuşu bu xəstəliyə görə vəfat edib
Tramp Rusiyaya qarşı yeni sanksiyalar vəd edir
ABŞ-ın ən böyük gəmisi Karib dənizinə daxil olub
Rusiya ordusu Xarkovu vurdu, ölən var
Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl


11.12.2021  16:42 

Nikahlı xanımlarla gələnlərə bir hesab deyilir, digərləri ilə isə başqa...





A+  A-

Aparıcı-bloqer Azər Qərib ölkədə uzun illərdir ki, bir sıra hotellərin hələ də müştərilərindən qanunsuz şəkildə nikah kağızı tələb etməsi məsələsini yenidən gündəmə gətirib.

XəzərNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, A. Qərib bu problemi ötən gün Milli Məclisdə "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı da səsləndirdiyini bildirib: "Bəlkə siz bilirsiniz, amma mənim dünyada daha belə bir ölkə yadıma gəlmir ki, hotelə gələnlərdən nikah kağızı istəsinlər. Amma bizdə var".

A.Qərib parlamentdəki dünənki çıxışında həmçinin restoranların menyu məsələsi ilə bağlı problemə də toxunub: "Hamı gileylənir ki, xarici turist gəldi, zırradılar ona bir çaydan çayı 50 manata, məsələn. Nəyə görə belə şeylər baş verir? Çünki bir çox hallarda restoran və kafelərdə menyu olmur. Ofisiant, yaxud obyekt sahibi baxır kiminlə gəlmisən, hansı maşınla gəlmisən, haradan gəlmisən, hansı dildə danışırsan, nə qədər dəmləşmisən və qərar verir.

Nikahlı xanımlarla gələnlərə bir hesab deyilir, əxlaqlarında ciddi nöqsanlar olan xanımlarla gələnlərə digər hesab, belə də dərd olar.

Əlbəttə, ailə dəyərlərini qorumaq çox vacibdir, amma belə problemlər ondan qaynaqlanır ki, menyu yoxdur. Bunlar qanuna salınası səviyyədə olan məqamlar deyil, amma hər halda səsləndirdim, çünki turizmin inkişafından danışırıqsa "bu, xırda məsələdir" anlayışından uzaq olmalıyıq. Yoxdur turizmdə xırda məsələ, hər bir xırda nöqsan turistin itirilməsi deməkdir, turisti qaytarmaq isə çox müşkül məsələdir. Pulu cibində olanlar üzünü tutacaq digər ölkəyə", - deyə səyyah qeyd edib.

A.Qərib "Turizm haqqında" qanun layihəsinə də münasibət bildirib: "Sonuncu qanun 22 il bundan əvvəl qəbul edilmişdi. Qanunda maraqlarımızı qoruyan çox maddələr var. Məsələn, əgər əvvəl turizm şirkəti pul yığıb sonra öhdəliklərinin icrasından imtina edirdisə, bu Qanuna görə belə hallar sığortalanacaq".

Xəbər 3133 dəfə oxunub.




17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +