Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


04.12.2021  10:17 

“Qul“un milyonçu oğlu - Onları Kəmaləddin Heydərovla nə bağlayır? - Foto/Fakt





A+  A-

Bir neçə gün əvvəl "mən ömrümün sonunadək Prezidentimizin quluyam" deyən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla biznes yaxınlığı ortaya çıxıb.

XəzərNews.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli keçmiş nazir müavini ilə bağlı bəzi müəmmaları ortaya çıxarıb.



C.Həsənli yazır ki, İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir:

"O, əvvəllər "Qəbələ Atıcılıq Klubu" MMC-yə rəhbərlik edib. Hazırda "Gilan Holdinq"ə daxil olan "Gilan İnşaat" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir. "QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb".



Jurnalist daha sonra yazır ki, İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir:

"Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər. "CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus Avropa Azərbaycan Məktəbini inşa edib.



"Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksi" MMC 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.

"CORE CONSTRUCTİON" (https://coreconstruction.az/az/) həmçinin Bakıdakı "City Tower" binasının təmiri, AFB Bankın baş ofisinin, Ağdaş Biyan Zavodunun tikintisini həyata keçirib".













Xəbər 3510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +