Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


24.01.2019  14:48 

Müştərilər “Rabitə Bank“dan pullarını geri çəkir





A+  A-

"Rabitə Bank" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Bank 2018-ci ili cuzi mənfəətlə başa vurub.
XəzərNews.az "kommersant.az"-a istinadla xəbər verir ki, bankın cəmi aktivləri 44 mln. 872 min manat artaraq 772 mln. 113 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 28 mln. 450 min manat artaraq 682 mln. 302 min manat olub.

"Rabitə Bank"ın cəmi kapitalı 2018-ci ilin 4-cü rübündə 89 mln. 811 min manat olub ki, bu da 2017- cil ilin analoji dövrü ilə müqayisədə 16 mln. 422 min manat çoxdur.

MÜŞTƏRİLƏR DEPOZİTLƏRİNİ GERİ ÇƏKİB

Bankın kredit portfeli 83 mln. 120 min manat artaraq 317 mln. 765 min manat olub. Bankda müştərilərin müddətli depozitləri azalıb. Belə ki, 2017-ci ilin 4-cü rübündə 237 mln. 395 min manatlıq müştəri depoziti 2018 -ci ilin 4-cü rübündə 26 mln. 444 min manat azalaraq 210 mln. manat 951 min manat olub.

FAİZ GƏLİRLƏRİ ARTIB

Bankın xalis faiz gəlirləri 10 mln. 575 min manat artıb. Bununla da bankın 2018-ci ilin sonunda 22 mln. 444 min manatlıq xalis faiz gəliri olub. Qeyri-faiz gəlirləri isə 4 mln. manata yaxın azalıb. Belə ki, 2017 -ci ilin 4-cü rübündə 14 mln. 287 min manat manat qeyri-faiz gəlirinə sahib olan bank 2018-ci ildə 10 mln. 294 min manatlıq qeyri-faiz gəliri açıqlayıb. Qeyr-faiz xərclərini 1 mln. 342 min manat artıran bank 2018-ci ilin sonunda 7 mln. 454 min manatlıq qeyri-faiz xərci olduğunu bildirib.

MƏCMU KAPİTALI ARTIB

Bankın tutumlardan sonra məcmu kapitalı 10 mln. 784 min manat artaraq 102 mln. 979 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə ötən illə müqayisədə 3,7% azalıb.

Qeyd edək ki, bank 2018-ci ilin 4-cü rübünü 3 mln. 124 min manatlıq mənfəətlə başa vurub.

Xəbər 2935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +