Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


02.10.2017  12:36 

“Desək ki, bahalaşma gözlənilmir, bu, doğru olmaz” – “Azəristiliktəchizat”dan açıqlama





A+  A-

İstlik tariflərinin bahalaşması Tarif Şurasının səlahiyyətində olan məsələdir.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

O qeyd edib ki, bu barədə açıqlama vermək səlahiyyətində deyil:

“Hazırda desəm ki, “bahalaşma olacaq”, doğru deyil, bəlkə bahalaşmayacaq. Yaxud deyim ki, “tariflər bahalaşmayacaq”, bu da doğru olmaz. Bəlkə Tarif Şurası tariflərə yenidən baxacaq. Doğrudur, bizim verdiyimiz hesabatlara, baxılır, rəyimiz nəzərə alınır. Amma son söz Tarif Şurasındadır. Ona görə də mən konkret cavab verə bilmirəm”.

Qurum rəsmisi “Azəristiliktəchizat tariflərə yenidən baxılması üçün müraciət etməzsə, Tarif Şurası necə tarif bahalaşdıra bilər” sualını belə cavablandırıb:

“Ümumi qanunvericiliyə əsasən, “Azəristiliktəchizat” hər il fəaliyyəti barədə hesabat verir. İstehsal etdiyimiz məhsulun maya dəyəri ilə bağlı hesabatlarda qeyd edilənləri nəzərə alaraq öz qərarlarını verir”.

Xəbər 2837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video


BÜTÜN XƏBƏRLƏR +