Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


11.02.2025  12:55 

Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun - Əmlaklarının siyahısı





A+  A-

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.

Bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə.

Dünən material dərc olunduqdan sonra “Qafqazinfo”ya Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.

İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola.

Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.

Fotoda: Heydər Əliyev prospektindəki binalar



Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var.

Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina



Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina



E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.



Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.

Mövzu ətrafında araşdırmalarımız davam edir.




Xəbər 171 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +