Ceyhun Cəfərov azadlığa buraxıldı
“TikTok“da canlı yayım açan cərraha xəbərdarlıq EDİLDİ
Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ
Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?


05.02.2025  18:00 

Deputata məxsus şirkət cərimələndi





A+  A-

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına normadan çox zəhərli tüstü buraxılmasına görə cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən "Embawood" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

İşə 14.02.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Embawood" mebel firmasının deputat Məşhur Məmmədov məxsus olduğu deyilir. O, VI çağırış Milli Məclisin deputatı olub./Qaynarinfo

Xəbər 1305 dəfə oxunub.




19.02.2025  11:45 

FHN əhaliyə müraciət ETDİ

19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +