15.02.2017 16:23
Azərbaycanda "Kinder Joy" şokoladlı yumurtası yeyən uşaq zəhələnib.
Bu haqda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib.
O qeyd edib ki, Babayev Xəyyam Əmrulla oğlu məsələ ilə bağlı Birliyə müraciət şikayət göndərib:
“Bu şikayət 3 gündür bizə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. Bu fakt bir daha sübut edir ki, ölkə Prezidentinin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir”.
E.Hüseynov deyib ki, şikayətçi 11 fevral 2017-ci ildə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta alıb:
“Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb. Skoçu açdıqda altdan 04.03.16 və 15.09.16 tarixini görüb. Yəni malın yararlılıq tarixi artıq 16-cı ildə bitmişdi. Alıcı kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan alıb. Həmin mallarda vəziyyət eyni olub və kassa çekinin üzərində VÖEN olmayıb (kassa çekinin surəti ərizəyə əlavə olunur).
X.Babayev öz ərizəsində övladının zəhərləndiyini deyib:
“Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik. Çünki uşaq “kinder”in birini yemişdi.
Xahiş edirəm bu təhlükəli malların əmtəə bazarından yığışdırılması üçün fəal iş aparasınız, dövlət orqanlarına və KİV -ə bu barədə məlumat verəsiniz ki, insanlar zəhərlənməsinlər”.
(modern.az)
|
23.03.2025 00:25
23.03.2025 00:16
23.03.2025 00:08
22.03.2025 17:47
22.03.2025 15:55
22.03.2025 14:39
22.03.2025 13:02
22.03.2025 12:25
22.03.2025 11:57
22.03.2025 11:43
22.03.2025 11:30
22.03.2025 11:18
22.03.2025 10:26
22.03.2025 10:00
22.03.2025 09:56
21.03.2025 22:58
21.03.2025 11:59
21.03.2025 11:23
21.03.2025 11:18
20.03.2025 22:14
20.03.2025 21:20
20.03.2025 20:05
20.03.2025 14:11
20.03.2025 11:21
20.03.2025 11:13
20.03.2025 11:08
19.03.2025 17:01
19.03.2025 16:27
19.03.2025 16:14
19.03.2025 15:15
19.03.2025 14:35
19.03.2025 14:03
19.03.2025 13:58
19.03.2025 13:14