İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


29.08.2019  12:10 

Nigar Həzi: “Seymurla gələcək planlarımız barədə mütləq bir qərar verəcəyik”





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan həbsdəki jurnalist Seymur Həzi 5 ildən sonra bu gün azadlığa çıxıb.
XəzərNews.az-ın məlumatına görə, Seymur Həzinin həyat yoldaşı, müsavatçı fəal Nigar Həzi Modern.az-a açıqlamasında çox sevincli olduqlarını deyib:

“O dərəcədə sevincliyik ki, bu sevincimizi sözlə ifadə edə bilmirəm. Hazırda yaxın qohumlar, dostlar Seymurun başına toplaşıb. Sevincli anları paylaşırıq. Təbrikə gələnlər də çoxdur”.

Nigar Həzi gələcək barədə mütləq düşünəcəklərini də bildirib:

“İndi başımız qarışıqdır. Dediyim kimi, gələn-gedən də çoxdur. Hələ özümüz barədə söhbət etməmişik. Güman ki, bir müddətdən sonra gələcək planlarımız, işlərimiz barədə danışacağıq. Özümüzə gələk, mütləq gələcək planlarımıza qərar verəcəyik. Bundan sonra ailə olacağıq”.

Seymur Həzi 2014-cü il avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında tanımadığı adama qarşı zor tətbiq etməkdə suçlanaraq, saxlanılıb. Abşeron rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

Seymur Həzi və Nigar Həzi 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar.

Xəbər 3338 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +