Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...


07.12.2021  15:29 

Zlatan İbrahimoviç Hakan Çalhanoğlunu tənqid etdi





A+  A-

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşı Hakan Çalhanoğlunu "İnter"ə keçdiyi üçün tənqid edib.

XəzərNews.az “Calciomercato” xəbər verir ki, o, yayda türkiyəli oyunçunun “İnter”in digər yarımmüdafiəçisi Kristian Eriksenin yaşadıqlarından istifadə edərək A seriyası təmsilçisinə transfer olunduğunu deyib:

“Bəli, biz Çalhanoğluya komandamıza etdiyi xidmətlərə görə minnətdarıq və ona gələcək üçün ən yaxşısını arzulamaq istəyirik. Bəlkə də sözlərim xoşagəlməz səslənəcək, amma inanıram ki, Çalhanoğlu faciədən istifadə edib. Avro-2020-nin Danimarka - Finlandiya matçı zamanı Kristian Eriksenin yaşadıqlarından yararlanıb. Bu mövqe üçün "İnter"in təcili bir oyunçu alması lazım idi. Ona görə də qapı Hakan üçün açıldı. Bundan əvvəl nə "İnter"dən, nə də başqa klubdan ona təklif olubb".

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ilin yayında “Milan” ilə müqaviləsini uzatmaqdan imtina edərək azad agent kimi “İnter”ə keçmişdi.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.

Xəbər 1594 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +