Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...


30.11.2021  14:01 

Məni hər gün dəstəkləyən azarkeşlərə təşəkkür edirəm - Levandovski





A+  A-

Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski "Qızıl top" mərasimindən sonra azarkeşlərə müraciət edib.

XəzərNews.az xəbər verir ki, o, "İnstaqram" hesabından yazıb:

“ Əvvəla, "Qızıl top"un qalibi Lionel Messini təbrik etmək istərdim. Mənə səs verən və 2021-ci ildəki nailiyyətlərimi əlamətdar hesab edən hər bir jurnalistə təşəkkür edirəm.

İlin ən yaxşı hücumçusu oldum. Güclü komanda və sadiq azarkeşlər olmadan heç kim fərdi mükafat ala bilməz. Mən də istisna deyiləm. Polşa millisindəki və "Bavariya"dakı komanda yoldaşlarıma, məni hər gün dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirəm.

Ən əsası isə ailəmə sonsuz təşəkkürlər. Sağ ol, ana. Təşəkkür edirəm Anna - sən mənim həyatımın sevgisisən, ən yaxşı dostumsan. Bacım Milena və dostlarıma, eləcə də daim dəstək olduqları üçün rəhbərlikə təşəkkür edirəm. Uğurlarımın əsası budur".

Qeyd edək ki, Levandovski "Qızıl top"un səsverməsində 2-ci olub. Mükafatı PSJ-nin hücumçusu Lionel Messi qazanıb.

Xəbər 1499 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +