Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...


28.11.2021  20:17 

“Sumqayıt“ “Zirə“ni məğlub etdi - 3:0





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

XəzərNews.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" klubu "Zirə"ni qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

Matçın 30-cu dəqiqəsində Qismət Alıyev çempionatın səkkiz qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.

Qarşılaşmanın 79-cu dəqiqəsində isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, tura noyabrın 27-də start verilib. "Sabah" klubu “Keşlə"ni 2:1, "Neftçi" komandası "Səbail"i 1:0 hesabı ilə yenib. Son qarşılaşma noyabrın 29-da "Qəbələ" və "Qarabağ" komandaları arasında olacaq.

Xəbər 1467 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +