Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


26.11.2021  12:43 

Pley-off mərhələsinin püşkü atılır - DÇ-2022





A+  A-

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

XəzərNews.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil ediləcək püşkatma saat 20:00-da başlayacaq. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

İtaliya, Portuqaliya, Türkiyə, Rusiya və Ukraynanın da daxil olduğu 12 yığmanın diqqəti Sürixdə atılacaq püşkə yönələcək.

Bu dəfə püşkatmanın reqlametində dəyişiklik edilib. Səpələnmiş və səpələnməmiş səbətlərində yer alan 12 komanda A,B və C yoluna bölünüb. Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Səpələnmişlərdə yer alan komandalar yarımfinal oyununu öz ölkəsində keçirəcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə olacaq.

Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.



Səpələnmişlər

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

Səpələnməmişlər

Türkiyə

Polşa

Şimali Makedoniya

Ukrayna

Avstriya

Çexiya

Xəbər 1631 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +