Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


23.11.2021  21:02 

Azərbaycanlı və erməni azarkeşlər arasında insident - Fransada





A+  A-

Fransada klublarası güləş çempionatında Azərbaycan və Ermənistan azarkeşləri arasında insident baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında "Şiltgem" komandasında çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi İslam Ababsov bildirib.

87 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı "Mets"dəki erməni güləşçi Edqar Xaçatryanı 8:0 hesabı ilə məğlub etdikdən sonra tribunada mübahisənin yarandığını söyləyib: "Klubumuza qələbə lazım olduğu üçün yuxarı çəki dərəcəsində güləşirdim. Erməni rəqibim gənclərdə Avropa və dünya çempionatlarının mükafatçısı idi. Rəqibin də mənimlə görüşdə uduzmaq istəmədiyini hiss edirdim. Azərbaycanlı olduğum üçün var gücünü qoymuşdu. Qarşılaşma başa çatandan sonra isə tribunada mübahisə oldu. Həmyerlilərim bayraqlarla mənə dəstək verirdi. Qələbə qazanandan sonra isə erməni fanatlar dəli oldular. Mənə dəstək həqiqətən də çox güclü idi. Ermənilər aranı qızışdırmağa çalışırdı. Daha sonra isə mühafizə gəldi və azarkeşləri sakitləşdirdilər".

Abbasov Ermənistan idmançısı ilə görüşdə daha motivasiyalı olduğunu vurğulayıb: "Nəyin bahasına olursa-olsun, ona uduza bilməzdim. Rəqib ağır çəkidə güclü olsa da, təslim olmamalı idim. İlk hissədə 1:3 hesabı ilə məğlub olurdum. İkinci yarıda önə keçdim və 6:3 hesabı ilə qalib gəldim".

Xəbər 1923 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +