Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


19.11.2021  10:46 

Premyer Liqanın XI turuna start verilir





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

XəzərNews.az xəbər verir ki, iyirmi üç xalla lider olan “Qarabağ” 10 xalla altıncı sırada olan “Keşlə”ni qəbul edəcək. Ağdam təmsilçisində cəzalı Filip Ozobiç, zədəli oyunçular Xayme Romero, Qaspar Panadero və Bədavi Hüseynov iştirak etməyəcək. Paytaxt klubunda isə Şəhriyar Əliyev start heyətində yer almayacaq.

Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə qarşılaşıblar. Bunların 31-də Ağdam komandası, 13-də isə Bakını təmsil edən klub qələbə qazanıb. İyirmi üç qarşılaşmada isə qalib müəyyənləşməyib.

Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən üç xalla ayrılıb.

“Azərsun Arena” stadionunda saat 19:00-da başlayacaq oyunu Kamal Umudlu idarə edəcək.

Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” qarşılaşmaları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" matçı isə noyabrın 21-də keçiriləcək.

Xəbər 3711 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +