Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


15.11.2021  11:41 

Şikayət edən həndbolçular qovuldular





A+  A-

Azərbaycan millisinin narazı həndbolçuları federasiyadan şikayətçi olduqları üçün məşqlərdən kənarlaşdırılıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə "Report"a "Məhsul" klubunun kapitanı və yığma üzvü Cavid İsmayılov məlumat verib.

Onun sözlərinə görə, federasiyadan narazılığı olan, həmçinin gənclər və idman naziri Fərid Qayıbova müraciət edən 14 oyunçu komandadan qovulub: "Məşqçilər və federasiya rəhbərliyi öz aralarında iclas keçirib və qarşı tərəfi dinləmədən bu cür qərar çıxarıblar".

Azərbaycan Həndbol Federasiyası da məlumatı təsdiqləyib. Qurumdan bildirilib ki, bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol komandalarının bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.

Xəbər 3523 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +