Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


03.11.2021  22:30 

Dünya çempionu olan ilk yunan-Roma güləşçimiz





A+  A-

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

XezerNews.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib.

Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.

Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb.

Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb. /“Qafqazinfo”/

Xəbər 1822 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +