Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


26.10.2021  14:16 

Bakıda ilk dəfə - 32 ölkədən 750 idmançı bir arada





A+  A-

Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu turnir batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları olacaq.

XezerNews xəbər verir ki, Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatından sonra Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında yer almaq uğrunda mübarizə aparacaqlar.

Noyabrın 25-28-də təşkil olunacaq yarışda, ilkin qeydiyyat siyahısına əsasən, 32 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 1622 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +