Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


20.10.2021  22:48 

“Barselona” ilk qələbəsini qazanıb





A+  A-

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha iki qarşılaşması keçirilib. E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib.

XezerNews.az xəbər verir ki,“Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb. Qeyd edək ki, bu “Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. Bu qrupun digər görüşü - “Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) arasında oynanılacaq.

Gecənin digər erkən başlayan görüşündə G qrupunda yer alan Almaniyanın "Volfsburq" və Avstriyanın "Zaltsburq" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Zaltsburq" 7 xalla birinci, “Volfsburq” isə iki xalla üçüncü yerdə qərarlaşıb. Bu qrupun digər görüşündə “Lill” Fransada İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.

Xəbər 1702 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +