Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


17.10.2021  22:28 

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub





A+  A-

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

XezerNews xəbər verir ki, turun və birinci dövrənin son oyununda "Qarabağ" klubu "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 27-ci dəqiqəsində Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə 1:0 hesabla başa çatıb.

İkinci hissədə də hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. Bir xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.

Xəbər 1731 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +