Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...


08.02.2018  19:17 

Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı





A+  A-

Bir müddətdir “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Namiq Yusifov baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bildirilir ki, N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

XəzərNews.az bildirir ki, məsələni “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a açıqlamasında təsdiqləyib:

“Namiq Yusifov bir müddətdir klubumuzda məşqçi kimi fəaliyyət göstərirdi. Amma artıq onun klubumuzla əlaqəsi qalmayıb. Yəni vəzifəsindən kənarlaşdırılıb”.

Qeyd edək ki, Namiq Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

Xəbər 1512 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +