Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


18.01.2018  16:54 

Afrikalı futbolçu “Qarabağ“a gəlir





A+  A-

“Hansısa futbolçu komandadan getmək istəyirsə, onun qarşısını kəsə bilmərik”.
XəzərNews.az Apasport-a istinadən məlumatına görə, bunu “Mamelodi Sandaunz” klubunun prezidenti Patris Motsepe deyib.

Klub rəhbəri “Qarabağ”ın maraq dairəsində olan hücumçu Xama Billiata yeni müqavilə təklif etdiklərini, lakin futbolçunun buna “yox” cavabını verdiyini təsdiqləyib. O, Billiatla yanaşı, daha bir neçə oyunçunun başqa komandalardan təklif aldığını əlavə edib. Prezident hətta Azərbaycana köçməsi gözlənilən hücumçunun bu ay komandanı tərk edəcəyini üstüörtülü şəkildə söyləyib: “Bəzi futbolçular inkişaf etmək üçün başqa yerə getməlidilər. Hazırda aparıcı futbolçularımızdan ikisi ayın sonunda komandadan ayrılacaq. Bu, yaxşı haldı. Əmin olun ki, boşluğu doldurmaq üçün mükəmməl oyunçular alacağıq. Bu səbəbdən aparıcı futbolçularımızın komandadan ayrılmasından narahat deyilik”.
Yerli KİV 28 yaşlı forvardın CAR-dan bir neçə təklif almasına baxmayaraq, karyerasını Avropada davam etdirməkdə qərarlı olduğunu yazıb. Afrikadan kənarda isə ona rəsmi təklif göndərən yeganə komanda hələlik “Qarabağ”dı. Zimbabve millisinin üzvünün meneceri Siyabulela Loyilane oyunçunun gələcək taleyi ilə bağlı məsələlərə şərh verməkdən boyun qaçırıb.

Qeyd edək ki, Xama Billiatın “Mamelodi Sandaunz”la müqavilə müddət iyun ayına qədərdi.

Xəbər 1488 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +