Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...


18.01.2018  10:57 

Şəhriyar Məmmədyarov superturnirdə lider oldu





A+  A-

Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.
XəzərNews.az xəbər verir ki, V turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.

O, ağ fiqurlarla oynadığı partiyada reytinqcə turnirin ikinci şahmatçısı olan Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi 42-ci gedişdə təslim olub.

Bu nəticədən sonra xalını 3,5-ə çatdıran “Şah” liderlər qrupunda yer alıb. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qiri (Hollandiya) ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, bu gün turnirdə fasilə olacaq. Sabah baş tutacaq VI turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Adhiban Baskaranla qarşılaşacaq.

Xəbər 1517 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +