Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


17.03.2025  16:36 

Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb





A+  A-

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.

İlk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Prezidentinin sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.

O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib. Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin tədrisi ocağının yaradıldığını söyləyib. O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.

Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan dilinin tədrisi ocağında Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.

Daha sonra Ankaradakı səfirliyimizin humanitar məsələlər üzrə birinci katibi İslam Quliyev çıxış edərək yeni ocağın ana dilimizi öyrətməklə yanaşı, qardaş ölkənin gənclərinin tariximiz, ədəbiyyatımız və ölkəmizə dair daha çox məlumat almağa imkan yaradacağına ümid etdiyini bildirib.

Diplomat yaradılan dil kurslarında Türkiyədəki tələbələrlə yanaşı, bütün kateqoriyalı insanların iştirak etməsi və dərslərdə müasir informasiya texnologiyalarının tətbiqinin yüksək dəyərləndirib.

Azərbaycan türkcəsinin tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova tədris ocağının Türkiyədə ana dilimizin tələbələrə öyrədilməsi ilə bağlı əsas tələbləri və şərtləri açıqlayıb. O, həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib.



Xəbər 1305 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +