Garo Paylan Türkiyə vətəndaşı, siyasətçi və bilim adamı. Wikipediya da yazanda tam da bu çıxır. Bəs Garo Paylan əslində kimdir? Bəli, Garo Paylan erməni əsilli xristian dininə mənsub olan, 1972-ci il İstanbul doğumlu, əslən Malatyalı Türk vətəndaşı, elm adamı, siyasətçidir. Ailəsi ayaqqabı istehsalı ilə məşğul olan və əsirlərdir bu peşənin sahibi idilər. Garo adını babasının kiçildilmiş adından almışdır. Garo Paylan kimi böyük Ermənistan qurulması ideyası ilə uşaqlığından yanıb tutuşan və bu ideyalarını həyata keçirməyə çalışan ermənilər hər yerdə olduğu kimi Türkiyədə də az deyil.
Onlara məxsus məktəbləri, kilsələri, cəmiyyətləri, fondları vardır. Garo özünü tanıdığından bu yana bütün fəaliyyəti boyu məktəb direktorundan, Türkiyə Məclisinin deputatı olduğu zamanlarda belə erməni olduğunu bildirərək onlara dəstək verilməsini, Türkiyə vətəndaşı olmasına baxmayaraq çıxış etdiyi bütün kürsülərdən erməni soyqırımını dilə gətirməkdən çəkinmədən, Türkiyə dövlətinin bunu qəbul etməsini və cavab verməsini dəfələrlə dilinə gətirmişdir.
Kürd Partiyasından seçilən və sonrada namizəd olan Garo ermənilərin Türkiyədə daha çox dövlət tərəfindən soyqırıma məruz qaldıqları üçün imtiyazlara layiq olduğunu bildirirdi. Təbii ki, bu çıxışlara Türkiyə cəmiyyətində və Məclis üzvləri tərəfindən az təpki verilmədi. Lakin görülən odur ki, Paylan kimi adamlar eyni zehniyyətdə olan insanlar tərəfindən, erməni lobbisindən yetərincə dəstək almaqdadırlar ki, bu gündə eyni gaydada Azərbaycan və Türkiyəyə öz təbiriycə dastan oxumağa davam edir.
Paylanın Karnegi dəstəsinə etdiyi son çıxışı da elə bu məcradandır. Əslində yeni bir şey yoxdur, hər zaman dedikləri sözləri təkrar edirlər. Gah Fransa və ABŞ-dan silah və pul köməyi istəyir, gah onların soyqırımını tanınmağın tələb edir, sonra da ağıllı-ağıllı danışıb erməni millətini rifaha aparıb regionda normal dövlətə sahibi olmaq istəyirlər.
İndi hansı məzhəbə qulluq edir bunlar: ağıllı, yoxsa ağılsız?! Ama fakt odur ki, Azərbaycan Ermənistanı məğlub etdi, öz torpaqlarını geri qaytardı və ermənilərə əsirlər boyu unutmayacaqları dərsi verdi. Bunu bütün dünya gördü və qəbul etdi, çünki bu dövrün siyasəti beynəlxalq hüquqlarla deyil, gücə baxır. Bizdə bunu illərdi dərk etdik və həyata keçirdik. Lakin həyata keçirəmədiyimiz ən böyük silahlardan biri öz mənafeyimizi dəstəkləyən lobbimizin qurulmasıdır. Bax burda əməlli başlı geridəyik.
Mən hər zaman demişəm ki, ən böyük lobbiçiliyi Türkiyədən başlayaraq yaratmaq lazımdır. Qardaş dövlət belə olsa, gördüyünüz kimi Paylan kimilərin belə cavabını Türkiyənin böyük kürsülərindən verə biləcək lobbimiz olmadı. İndi yenə başlayacaqlar ki, elə ən böyük lobbimiz Türkiyədədir. İcazə verin sizinlə razılaşmayım.
Hanı o Azərbaycan kökənli millət vəkillərinin cavabı?!.
Hanı Azərbaycandan pul yeyən və diaspora adını daşıyanlar?!
Hər şey bir-iki nəfərin cavabı ilə, Haber Global da bir yazı dərc etməsiylə bitmir.
Əsl məsələ elə budur ki, biz diaspora ola bilmirik. Və bu vəziyyət dəyişmədikcə, yəni öz dövlətini və millətini tam qəlbiylə, mənəviyyatı, sevgisiylə qulluq edən insanların diasporası və lobbisi olmadıqca mümkün deyil. Çünki Azərbaycandan alınan pulları yeməklə, qulluq edərmiş kimi göstərən, amma heç bir şey etməyən insanların diaspora üzvü kimi tanınan, lakin bir Garonun belə cavabını verə bilməyən diasporamız var.
Ramiyə Məmmədova
Siyasi ekspert
Xəbər 572 dəfə oxunub.