İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


21.04.2025  13:42 

Dəhşətli videogörüntülər Bakıda mühakimə olunan erməni separatçılarını niyə qorxuya salıb?





A+  A-

Başa çatan həftəyə damğasını vuran ən qeyri-adi və dramatik hadisə Bakı Hərbi Məhkəməsində davam etməkdə olan erməni separatçılarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin növbəti baxış iclasında Xocalı soyqırımı ilə bağlı dəhşətli videomaterialların nümayiş etdirilməsi oldu.

Bu, doğrudan da olduqca ağır emosional-psixoloji anlar idi. Ona görə də soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq, ürəyi zəif olanların zaldan çıxmaları barədə öncədən xəbərdarlıq edildi.
Məhkəmədə nümayiş etdirilən həmin videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə idi.

O videokadrlar arasında 33 il öncə şəhid reportyor Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntüləri də vardı. Və həmin görüntüləri zalda oturan azərbaycanlı zərərçəkənlərlə bərabər, qatil erməni separatçıları da izlədilər.

Bu, həqiqətlə üzləşmə anı idi. Daha doğrusu, vəhşilərin öz vəhşilikləri ilə baş-başa qalma məqamı idi. Azərbaycan məhkəməsi 21-ci əsrin "sivil" barbarlarına onların Xocalıdakı barbarlıqlarını əyani kadrlarla göstərirdi.



Maraqlıdır ki, separatçı canilərin bəzilərinin bu dəhşətli görüntülərə baxmağa üzləri belə olmadı. Daha doğrusu, cəsarətləri çatmadı. Digərləri isə videokadrların onlara, guya, pis təsir etdiyi görüntüsünü yaratdılar. Məyus obrazına girənlərdən biri də Araik Harutyunyan idi.

Bu videokadrlar sözsüz ki, müttəhim kürsüsündə əyləşən erməni separatçılarında ciddi narahatlıq doğurdu. Çünki onlar ilk dəfədir ki, öz vəhşiliklərinin miqyasını dərk etmək reallığı ilə üzləşdilər. Bu isə o deməkdir ki, bu vəhşiliklərin cəzası yüngül olmayacaq. Separatçıları təşvişə, qorxuya salan da budur.

Bu qorxunu hazırda Ermənistana sığınan digər separatçılar da yaşayırlar. 1990-cı illərin əvvəllərində əlləri xalqımızın qanına batmış bütün müharibə caniləri indi hər gün səksəkə içində öz aqibətlərini gözləyirlər.

Bəs, onlara hansı cəza veriləcək? Biz onlarla necə rəftar edəcəyik?

Məhkəmədə nümayiş etdirilən tükürpərdici videogörüntülər və canlı şahidlərin ifadələri əslində bu separatçı-terrorçu köpəklərlə istənilən formada rəftar etməyimizə hər cürə mənəvi əsas verir. Hətta onların 33 il öncə Xocalıda və digər yurd yerlərimizdə uşaqlarımızın, qadınlarımızın, qocalarımızın, hərbi əsirlərimizin başına gətirdikləri qəddar əməlləri də bu gün eynilə onların özlərinə qarşı törədə bilərik.



Onlar özləri də bunu edə biləcəyimizi başa düşürlər. Xatırlayırsınızsa, bu məqamı iki il bundan əvvəl rusiyalı politoloq Aleksandr Artamonov da müsahibələrindən birində vurğulamışdı. Həmin vaxt Rusiyanın "sülhməramlı" kontingenti hələ bizim ərazilərimizi tərk etməmişdi. Ermənilər isə Rusiyanı onlara qarşı xəyanətdə ittiham edirdi. Artamonov da buna etiraz olaraq təklif etdi ki, "gəlin sülhməramlıları Qarabağdan çıxaraq, onda ermənilərin ağılları dərhal başlarına gələcək. Baxaq görək onlar Xocalıda törətdikləri qırğına görə azərbaycanlılara necə cavab verəcəklər. Bəzi xalqlar zamanla öz yaddaşlarını (törətdikləri əməlləri) unudurlar. Ona görə də gəlin "xeyirxah psixiatr"lıq edib psixləri (erməniləri) onların özlərindən müdafiə etməyi, qorumağı dayandıraq. Gəlin onları azərbaycanlılarla baş-başa buraxaq. Biz heç nəyə qarışmayaq. Onda görəcəyik ermənilər Xocalıda törətdikləri əməllərin bədəlini necə ağır ödəyirlər".



Bəli, bu canilər xalqımıza qarşı törətdikləri vəhşiliklərin bədəlini həqiqətən də ağır ödəməlidirlər. Lakin biz onlardan fərqli olaraq barbar deyilik.

Giyenlik, yırtıcılıq, kaniballıq, faşistlik ermənilərə xasdır, bizə yox. Ona görə də biz sivil cəza üsullarını seçəcəyik.

Onları ömürlük həbs gözləyir!

(ardı var)

Bəybala Mirzəyev

Xəbər 431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +