Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


07.03.2025  12:20 

Bir həftədə “Avrasiya klinikası”na 16500 ödədik - Məhkəmə





A+  A-

Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Mərhum ölmədən əvvəl Bakıda klinikalardan birində bir həftə müalicə alıb. Müalicə xərcləri 16500 manat tutub.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Beyləqanda magistral küçənin 16-cı kilometrliyindən Yuxarı Qarabağ kanalı istiqamətində qeydə alınıb.

Nağıyev Akif Xanağa oğlu özünə məxsus "VAZ 2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hissəsinin sol kənarında dayanan piyada Şirinov Səyyaf Qədir oğlunu vurub.

Səyyaf Şirinov hadisədən sonra Bakıya gətirilib. Bir həftə xəstəxanada müalicə alsa da həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən 46 yaşlı Akif Nağıyev bildirib ki, qəza baş verən yoldan ilk dəfə imiş istifadə edirmiş. Buna görə də yolun həmin hissəsində kəskin döngə olduğunu bilməyib. O, döngədə idarətetməni itirərək yol kənarında dayanmış Səyyaf Şirinovu vurduğunu deyib.

A.Nağıyev əməlindən peşman olduğunu, mərhumun oğlu ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Mərhumun hüquqi varisi deyib ki, təqsirləndirilən şəxsi bağışlayıb. Onun ifadəsindən məlum olub ki, atası

Məhkəmənin hökmü ilə Akif Nağıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəssində çəkəcək. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Xəbər 715 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +