Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


22.06.2018  11:09 

Ərdoğan nazirliklərin sayını AZALDACAQ





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirliklərin sayını yenidən ixtisar edəcəyini bildirib.
XəzərNews.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Ərdoğan hazırda nazirliklərin sayının 26 olduğunu bildirirək, onların 16-ya endiriləcəyini bəyan edib.

Ərdoğan yeni sistemdə köklü dəyişikliklərin olacağını və bu sistemin daha effektiv nəticələr verəcəyini qeyd edib.

“Misal üçün baş nazir olduğum dövrdə 37 nazirlik var idi. Onların sayını 26-ya endirdik. İndi də bu rəqəmi 16-ya endiririk” – Ərdoğan bildirib.

O, yeni rəhbərlik modeli ilə idarəetmənin daha sürətli, praktik və nəticə-yönümlü olacağına diqqət çəkib.

Ərdoğan qeyd edib ki, iqtisadiyyat sahəsində fəaliyyət göstərən 6 nazirlik Ticarət Nazirliyində birləşdiriləcək.

Məlumata görə, daha 6 nazirlik isə 3 nazirlikdə birləşdiriləcək: Meşə, kənd təsərrüfatı nazirlikləri Kənd Təsərrüfatı və Meşə Nazirliyində birləşəcək, Avropa Birliyi Nazirliyi isə Xarici İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Beləliklə yeni nazirliklərin ümumi siyahısı belədir:

1. Ədliyyə Nazirliyi,

2. Daxili İşlər Nazirliyi,

3. Milli Müdafiə Nazirliyi,

4. Milli Təhsil Nazirliyi,

5. Səhiyyə Nazirliyi,

6. Enerji və Təbii Sərvətlər Nazirliyi,

7. Ətraf Mühit və şəhərsalma üzrə Nazirliyi,

8. Mədəniyyət və Turizm Nazirliyi,

9. Gənclər və İdman Nazirliyi.

10. Xəzinədarlıq və Maliyyə Nazirliyi,

11. Nəqliyyat və İnfrastruktur Nazirliyi,

12. Xarici İşlər Nazirliyi,

13. İş, Sosial Xidmətlər və Ailə Nazirliyi,

14. Kənd Təsərrüfatı və Meşə Nazirliyi,

15. Sənaye və Texnologiya Nazirliyi

16. Ticarət Nazirliyi

Xəbər 1575 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +