Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


05.02.2025  17:18 

Bakıda baş həkimin iş masasına həbs qoyuldu





A+  A-

Bakıda məşhur "MedAura" Klinikasının tibbi avadanlıqları üzərində həbs qoyulub.

Məhkəmə klinika rəhbərinin G.H. adlı pasyentə dəyən zərərin qarşılığında 30 min manat təzminat ödənilməsinə qərar verib.

Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, qərar "MedAura" tərəfindən icra olunmayıb. Bununla bağlı Ədliyyə Nazirliyinin Nəsimi Rayon İcra şöbəsi Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmənin qərarı ilə "MedAura" Klinikasının 39162 manatlıq hesablarına, həmçinin klinikanın çox sayda tibbi avadanlığı, elektronik cihazları və əşyalarının üzərinə həbs qoyulub. Həbs qoyulan əşyalar arasında iş masası, divan, televizor və s. var.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziyadan sonra dünyasını dəyişib.

Klinikanın qanuni təmsilçisi və baş həkimi Nigar Məhəmmədovadır. Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən "MedAura" Klinikasının hazırda Dövlət Vergi Xidmətinə 62607.57 manat vergi borcu var./Qaynarinfo

Xəbər 222 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +